Qəbiristanlığa uşaq aparmaq düzgündür?

Qəbiristanlığa uşaq aparmaq düzgündür?

Hazırda oxunan: Qəbiristanlığa uşaq aparmaq düzgündür?

588664

Qəbiristanlığa uşaqların aparılmasının məqsədəuyğun olub-olmaması cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardandır və bu məsələ dini baxımdan da maraq doğurur.

Maraqlıdır, qəbiristanlığa uşaqların aparılmasının məhdudlaşdırılması mümkündürmü?

Bizim.Media xəbər verir ki, ilahiyyatçı Tural İrfan Konkret.az-a açıqlamasında qeyd edib ki, uşaqların məzarlığa aparılmaması ilə bağlı dində konkret qadağa yoxdur.

Onun sözlərinə görə, İslam tarixində çox körpə, südəmər uşaqların məzarlığa aparılması ilə bağlı nümunələrə də rast gəlinmir.

Tural İrfan bildirib ki, bəzi inanclara əsasən azyaşlı uşaqlar məzarlıq mühitində qorxa, psixoloji təsirə məruz qala bilərlər:

“Bu baxımdan pisi yaxşıdan ayırd etmək yaşına çatmayan körpələrin qəbiristanlığa aparılmasına ehtiyac yoxdur. Həddi-büluğa çatan, dinin əsas qaydalarını bilən uşaqların qəbir ziyarətinə getməsində isə problem yoxdur”.

Onun sözlərinə görə, məzarlığa daxil olarkən oxunan dualar və riayət edilən qaydalar uşaqlara öyrədilməlidir:

“Məzarlığa adi bir yer kimi, səssiz-səmirsiz daxil olmaq düzgün deyil. Oranın özünəməxsus mənəvi mühiti var. Uşaqlar da dua oxumağı, özllərini mənəvi cəhətdən qorumağı öyrənməlidirlər. Bu da valideynlərin üzərinə düşür”.

İlahiyyatçı həmçinin təhlükəsizlik məsələsinə də diqqət çəkib. Bildirib ki, məzarlıqlarda heyvanlar, ilanlar və digər risklər ola bilər. Bundan başqa, bəzi məzarlıqların qara və vahiməli tərzdə salınmasının hətta böyüklərdə belə qorxu yaratdığını deyib.

Nəticə olaraq Tural İrfan qeyd edib ki, azyaşlı uşaqların məzarlığa aparılması və orada ayinlərdə iştirakı düzgün hesab edilmir, lakin yaşına və psixoloji hazırlığına uyğun şəkildə, böyüklərin müşayiəti ilə qəbir ziyarəti mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO