Soyuq havalara qarşı isti RESEPTLƏR - Dünyanın ən məşhur qış içkiləri

Soyuq havalara qarşı isti RESEPTLƏR - Dünyanın ən məşhur qış içkiləri

Hazırda oxunan: Soyuq havalara qarşı isti RESEPTLƏR - Dünyanın ən məşhur qış içkiləri

588625

Dünyanın harasında olursa-olsun havalar soyumağa başlayanda həm yemək, həm də içmə vərdişləri qaçılmaz olaraq dəyişir. Daha ədviyyatlı və daha isti içkilərə keçərək isinməyə çalışırıq. Nəticədə, hər bir ölkənin iqliminə, zövqünə və mədəniyyətinə uyğun reseptlər ortaya çıxır. 

Gəlin hər bir ölkənin qış aylarında nə içdiyinə birlikdə nəzər salaq. 

Amerika – Eggnog: süd, yumurta, şəkər və vanil ilə hazırlanan bu qatı, qaymaqlı içki, muskat qozu əlavə edildikdə daha da ləzzətli olur. Qış üçün qidalı və doyurucu bir içki olan tərkibindəki yumurta ilə bəzilərini təəccübləndirə bilər, lakin dadı ilk qurtumdan sonra hər hansı bir qərəzli fikri aradan qaldıracaq.


Rusiya – Sbiten:
Rus mətbəxində qış içkiləri ümumiyyətlə ədviyyat və bal əsaslıdır. Sbiten buna bir nümunədir. Su, bal, darçın və zəncəfilin qarışığı ilə hazırlanan sbiten, boğaz ağrısını sakitləşdirmək xüsusiyyətinə malik olduğu üçün sadə bir içkidən daha əhəmiyyətli hesab olunur. 


Avropa (əksər ölkələri) – isti şokolad:
klassik isti şokoladla yanaşı, süd, darçın, kakao və ədviyyatlar ehtiva edən digər isti şokoladlar da sizi ilk qurtumdan isidəcək. 


Latın Amerikası ölkələri – Kola de Mono:
süd, darçın, mixək, şəkər və vanil ilə hazırlanan məşhur qış içkisidir. Şirin olmaqla yanaşı, həm də acılı tamı var. 


Türkiyə
– ənənəvi türk qəhvəsi yerini heç bir içkiyə vermir. Yanında rahatülqum və digər ləziz şirnilər qəhvəni daha da cazibədar edir.


Azərbaycanda isə ənənəvi çay, xüsusən də zoğallı, moruqlu çaylar insanları soyuq havalarda xəstəliklərdən qoruyur, həm də zövq verir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO