Qaz kartına niyə pul yükləmək olmur? – Rəsmi AÇIQLAMA

Qaz kartına niyə pul yükləmək olmur? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Qaz kartına niyə pul yükləmək olmur? – Rəsmi AÇIQLAMA

588591

Artıq iki gündür smart kart tipli qaz sayğaclarının fəaliyyətində yaranan problem davam edir. Abonentlər xüsusən də “Zenner” kartı ilə sayğaca yükləmə edə bilmirlər. 

Problem dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən qeydə alınmağa başlayıb.

“Azəriqaz” abonentləri qeyd edir ki, ödəmə terminallarında karta pul yükləmək mümkün olmur.

Məsələ ilə bağlı "Mpay" QSC açıqlamasında bildirib ki, hazırda "Azəriqaz" xidmətində, xüsusilə "Zenner" kartları ilə ödənişlərlə bağlı texniki nasazlıq müşahidə olunur:

“Problem ümumi "Azəriqaz" sistemindən qaynaqlanır və onun aradan qaldırılması istiqamətində aidiyyəti üzrə işlər aparılır.

Nasazlıq aradan qaldırıldıqdan sonra ödənişlərinizi terminallar vasitəsilə bərpa edə bilərsiniz".
 

Məsələ ilə bağlı "Azəriqaz" İB-dən bildirilib ki, smart kart tipli bəzi qaz sayğaclarında ödəniş sistemində 2026-ci yanvarın 1-i tarixindən yaranmış problem həmin gün axşam saat 20:00 aradan qaldırılmışdı. Kütləvi əməliyyatlar aparılması zamanı sistem təkrar xətallarla üzləşib:


“Təqvim ilinin əvvəlinin olması ilə əlaqədar müraciət sayı da çox olur: 

Mücaciət sayının çox olduğundan müəyyən xətalarla üzləşdik. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəsislər çox ciddi iş aparır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO