Ağsuda iki nəfər dəm qazından zəhərlənib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu rayonun Kəndoba kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri 30 yaşlı Əliyev Məhəmməd Cabir oğlu və 24 yaşlı Əliyeva Aynur Cabir qızı yaşadıqları evdə dəm qazından zəhərlənib. Onlar hər ikisi dərhal Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həkimlər onların vəziyyətlərinin orta ağır olduğu bildirirlər.
Bizim.Media, Aran bürosu





































































































