“ChatGPT” işçi axtarır - 555 min dollar maaşa

“ChatGPT” işçi axtarır - 555 min dollar maaşa

Hazırda oxunan: “ChatGPT” işçi axtarır - 555 min dollar maaşa

588500

“ChatGPT”ni yaradan “OpenAI” süni intellektin yarada biləcəyi risklərlə mübarizə aparmaq məqsədilə “Hazırlıq rəhbəri” (Preparedness Lead) vəzifəsi üzrə yeni yüksək səviyyəli icraçı axtarır.

Bizim.Media xəbər verir ki, şirkətin baş direktoru Sem Altman “X”də paylaşdığı açıqlamada bu vəzifənin yüksək məsuliyyət və stres tələb etdiyini xüsusi vurğulayıb.
 

Yeni yaradılan bu vəzifə süni intellekt modellərinin kibertəhlükəsizlik, bioloji risklər, insanın əqli sağlamlığı kimi sahələrdə yarada biləcəyi potensial təhdidləri öncədən müəyyənləşdirməyi və məhdudlaşdırmağı hədəfləyir.


Sem Altmanın sözlərinə görə, süni intellektin əqli sağlamlığa mümkün təsirləri artıq 2025-ci ilə qədər müşahidə olunmağa başlayıb. O, bu sistemlərin kompüter təhlükəsizliyi sahəsində ciddi zəiflikləri aşkar edə biləcək səviyyəyə çatdığını bildirib.

“OpenAI”nin iş elanına əsasən, “Hazırlıq rəhbəri” illik 555 min ABŞ dolları maaş, əlavə olaraq şirkət səhmləri əldə edəcək.

Bu şəxs süni intellekt sistemlərinin imkanları artdıqca təhlükəsizlik standartlarının da eyni templə genişləndirilməsini təmin edən proqramlara rəhbərlik edəcək.

Şirkət bu addımla texnoloji irəliləyişlərdən faydalanmaqla yanaşı, potensial sui-istifadə ssenarilərini minimuma endirməyi qarşısına məqsəd qoyur.
 

“OpenAI”nin bu qərarı son dövrlərdə şirkətə yönəlmiş tənqidlər və ittihamlardan sonra atılıb. “ChatGPT”nin bəzi həssas istifadəçilərdə əqli sağlamlıq problemlərini dərinləşdirə və çaşdırıcı təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar müəyyən hallarda məhkəmə proseslərinə səbəb olub.


Şirkət bildirir ki, yeni yaradılan bu bölmə vasitəsilə qabaqcıl süni intellekt modelləri bazara təqdim olunmazdan əvvəl daha ciddi təhlükəsizlik yoxlamalarından keçiriləcək. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO