Ölkəmizin şimal bölgəsinin rayonları bu gecə yenidən ağ örpəyə bürünüb. Quba və Qusarın dağlıq ərazilərinə və rayon mərkəzlərinə qar düşüb.
Qusarın Ləzə kənd sakinlərinin məlumatına görə, kəndə 20 sm-ə yaxın qar yağıb.
Quba ərazi hidrometerologiya müəssisəsindən isə Bizim.Media-ya bildirilib ki, Quba şəhərinə 14 sm, Qrız kəndinə isə 17 sm qar qeydə alınıb.
Ən çox şaxta da -17.1 dərəcə olmaqla qeyru-adi təbiəti olan Qrız kəndində müşahidə edilib.
Qarın fəsadları barədə hələlik məlumat yoxdur.Yolların qardan təmizlənməsi işlərinə başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media