Bu göz rənginə sahib insanları hipnoz etmək MÜMKÜN DEYİL

Bu göz rənginə sahib insanları hipnoz etmək MÜMKÜN DEYİL

Hazırda oxunan: Bu göz rənginə sahib insanları hipnoz etmək MÜMKÜN DEYİL

588469

Hipnoz hələ də bir çoxları üçün qorxulu bir anlayış olaraq qalır. Bəziləri “zombiləşdirilməkdən” ehtiyat edir, digərləri onun mistik gücünə inanır, üçüncü qrup isə hər kəsin hipnoz edilə bilməyəcəyini düşünür.

Bizim.Media xəbər verir ki, hipnoz insanın bədəni və şüuru üzərində nəzarəti tam itirdiyi vəziyyət deyil.

Bu, dərin konsentrasiya halıdır və həmin proses zamanı insanın daxili əxlaqi baryerləri pozulmur.

Psixoloqlar bildirirlər ki, beyində əsas instinktləri və dəyərləri qoruyan bir növ “nəzarət mexanizmi” mövcuddur.

Terapevtik hipnoz manipulyasiya vasitəsi deyil, panik atakların, posttravmatik stress pozğunluğunun və bəzi psixosomatik problemlərin müalicəsində istifadə olunan elmi metoddur.
Cəmiyyət arasında geniş yayılmış inanclardan birinə görə, yaşıl gözlü insanlar hipnoza qarşı təbii “immunitetə” malikdirlər.

Bu düşüncənin tarixi kökləri qədim dövrlərə gedib çıxır. Dünya əhalisinin cəmi təxminən 2 faizində rast gəlinən yaşıl göz rəngi əsrlər boyu xurafat və qorxu ilə assosiasiya olunub. Bir sıra ölkələrdə, xüsusilə qadınlarda yaşıl gözlər “pis ruhlarla əlaqə” əlaməti kimi qəbul edilib.

Digər tərəfdən, qəhvəyi gözlü insanların “hipnotik baxışa” sahib olması ilə bağlı miflər monqol istilası dövründən və qaraçı fırıldaqçıları ilə bağlı formalaşmış stereotiplərdən qaynaqlanır.
Mütəxəssislər qeyd edirlər ki, terapevtik hipnoza ən çox həssas olanlar məhz psixoloji baxımdan güclü və stabil insanlardır. Bu qrupa idmançılar da daxildir. Onlar diqqətlərini cəmləməyi və müvəqqəti olaraq nəzarəti hipnoz mütəxəssisinə ötürməyi bacarırlar.

Əksinə, daim gərgin, narahat və rahatlanmaqda çətinlik çəkən şəxslər hipnoza daha az reaksiya verirlər. Ağır psixi pozğunluğu olan xəstələr və demensiyadan əziyyət çəkən yaşlı insanlar üçün isə hipnoz ümumiyyətlə tövsiyə edilmir və hətta riskli ola bilər.

“Cinayətkar hipnozu” anlayışına gəlincə...

Mütəxəssislər bildirirlər ki, bu hallarda sehrli təsirdən deyil, sadə psixoloji manipulyasiya üsullarından istifadə olunur. Fırıldaqçılar qurbanın diqqətini yayındırmaq üçün sürətli nitq, mənasız informasiya axını və kəskin jestlərdən yararlanırlar. Onlar əsasən qərarsız və diqqətsiz insanları hədəf seçirlər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO