Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il UZADILDI

Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il UZADILDI

Hazırda oxunan: Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il UZADILDI

588438

Bu gündən etibarən Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıb.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Qeyd edək ki, media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatıb. Bu müddət daha 3 il uzadılıb.

Beləliklə, bu gündən 3 il müddətinə media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar vergidən azaddır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO