Kitab oxumaq zamanı səmərəli keçirmək üçün mühüm fəaliyyətlədən biri olmaqla yanaşı, həm zehni, həm də fiziki sağlamlığa bir çox fayda verir.
Bizim.Media "Sabah"a istinadən həmin faydaları təqdim edir:
1. Kitab oxumaq uzunömürlülüyə töhfə verir.
ABŞ-da Yale Universitetinin apardığı araşdırmaya görə, bədii kitablar oxumaq xəyal gücündən istifadə etməyə imkan yaradır. Bu isə beynin aktiv qalmasına kömək edir və uzunömürlülüyə töhfə verir.
2.Yaş artdıqca zehni geriləməni yavaşladır:
Araşdırmalara əsasən, müntəzəm kitab oxuyan insanlar oxumayanlarla müqayisədə yaşlandıqca zehni qabiliyyətlərini daha yaxşı qoruyurlar. Yaddaş itkisi və düşünmə bacarıqlarındakı zəifləmə daha az müşahidə olunur.
3. Stresi azaldır
Oxumaq gündəlik həyatın stressindən uzaqlaşmağın və zehni istirahətin sağlam yoludur. Şüurluluğu, nikbinliyi, xoşbəxtliyi və digər müsbət emosiyaları artırır.
4. Zəkanı inkişaf etdirir
Kitab oxumaq beyin üçün bir məşq kimidir. Beyindən nə qədər çox istifadə olunarsa, o qədər yaxşı işləyir. Bilik tutumunu artırır. Araşdırmalara görə, uşaqlıq dövründə oxuma bacarığı nə qədər güclü olarsa, zəkanın inkişaf etmə ehtimalı da bir o qədər yüksək olur.
5. Sosial bacarıqları inkişaf etdirir
Araşdırmalar göstərir ki, tez-tez kitab oxuyan insanlar oxumayanlara nisbətən daha güclü sosial və davranış bacarıqlarına malikdir. Bu, başqalarının nə düşündüyünü və nə hiss etdiyini anlamağa imkan verir, özünəinamı və ünsiyyətcilliyi artırır.
6. Yuxu keyfiyyətini artırır
Yuxuya getməyi asanlaşdırır, yuxunun keyfiyyətini yüksəldir və yuxu müddətini yaxşılaşdırır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:33 / 01.01.2026
Hər gün kitab oxumağın 6 FAYDASI
Hazırda oxunan: Hər gün kitab oxumağın 6 FAYDASI
Hazırda oxunan: Hər gün kitab oxumağın 6 FAYDASI
588429
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































