Göyçaydakı qəzada xəsarət alan şəxslərin kimliyi BİLİNDİ

Göyçaydakı qəzada xəsarət alan şəxslərin kimliyi BİLİNDİ

Hazırda oxunan: Göyçaydakı qəzada xəsarət alan şəxslərin kimliyi BİLİNDİ

588369

Göyçayda ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların kimliyi məlum olub.

Bizim.Media xəbər verir ki, bu gün saat 16 radələrində Göyçay rayonunun Mırtı kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə 6 nəfər - 1998-ci il təvəllüdlü Rauf Haqverdiyev, 1995-ci il təvəllüdlü Kərim Məsimov,  2020-ci il təvəllüdlü Orxan Məsimov və eyni ildə anadan olmuş Ayxan Məsimov, həmçinin, 2000-ci il təvəllüdlü İsa Əliyev və 2006-cı il təvəllüdlü Loğman Əliyev xəsarət alıblar.

2018-ci il təvəllüdlü Nihat Məsimov isə aldığı xəsarətlərdən vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-nın  yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO