Qastroenteroloq, Piroqov Universitetinin İnsan biologiyası və patologiyası institutunun patofiziologiya və klinik patofiziologiya kafedrasının baş müəllimi Yekaterina Titova kartofdan hazırlanan ən zərərli yeməkləri sadalayıb.
Bizim.Media xəbər verir ki, həkim bu barədə "lenta.ru"ya müsahibəsində danışıb.
Həkim həmin siyahıya qızardılmış kartof, kartof oladiləri və draniki daxil edib. Onun sözlərinə görə, məhz bu yeməklər sağlamlıq üçün zərərli qidalardır.
Məsələ ondadır ki, kartof süngər kimi çoxlu yağ hopdurur. Qızartma zamanı kanserogenlər və yağların oksidləşmə məhsulları yaranır. Nəticədə qaraciyərə, öd kisəsinə və mədəaltı vəzə güclü yük düşür, mədənin selikli qişası qıcıqlanır, nazik bağırsaqda həzm pozulur. Kartof oladiləri və draniki hazırlanarkən isə qızartmanın mənfi təsirlərinə un və yumurta hesabına yüksək kalorililik, həmçinin tez-tez qızardılan yağın həddindən artıq olması da əlavə olunur. Bu yeməklər həzm üçün çox ağır birləşmə hesab olunur.
Yekaterina Titova onlardan, xüsusilə qastrit, pankreatit, xolesistit və piylənmə zamanı imtina etməyi tövsiyə edir. Onlar yalnız nadir hallarda və az miqdarda istisna kimi qəbul edilə bilər.
Ekspert vurğulayıb ki, həm qastroenteroloqlar, həm kardioloqlar, həm də endokrinoloqlar üçün bu siyahının liderləri kartof fri və çipslərdir.
Kartof fri dəfələrlə qızdırılan böyük miqdarda yağda hazırlanır. Kanserogenlərin və transyağların konsentrasiyası həddindən artıq yüksək olur.
Nəticədə məhsul qaraciyərə və mədəaltı vəzə təsir edir, onlar ekstremal yağ yükü alır.
Eyni zamanda mədənin selikli qişasına və bağırsaq mikrobiotasına da mənfi təsir göstərir. Bu, kartof fri və çipslərin faydalı bakteriyaları məhv etməsi ilə bağlıdır. Onları hətta mədə-bağırsaq traktı ilə bağlı ən kiçik problemlər zamanı belə yemək olmaz.
Bizim.Media
































































































