Azərbaycanlı tələbələr təyyarə modelləri hazırlayacaq - FOTO

Azərbaycanlı tələbələr təyyarə modelləri hazırlayacaq - FOTO

Hazırda oxunan: Azərbaycanlı tələbələr təyyarə modelləri hazırlayacaq - FOTO

58825

Azərbaycanlı tələbələr əfsanəvi “ASW 28” təyyarə modelinin hazırlanmasında yaxından iştirak edəcəklər.

Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, bu, mayın 26-29-da Azərbaycanda keçiriləcək "TEKNOFEST” Aerokosmik və Texnologiyalar Festivalı çərçivəsində elan edilmiş “SAILPLANER” müsabiqəsinin hesabına olacaq.

Müsabiqədə ali təhsil müəssisələrinin həm bakalavr, həm də magistr pillələrində təhsil alan tələbələr iştirak edə biləcəklər.

Modelin hazırlanması zamanı tələbələr təyyarə gövdəsi üçün nəzərdə tutulan avadanlıqların dizayn edilməsini, dəqiq telemetriya, proqramlaşdırma, avtonom uçuş mexanizmi, müxtəlif sensorlar və faydalı kameralar vasitəsilə uçuş zamanı ərazi məlumatlarının toplanmasını praktiki olaraq tətbiq edəcəklər.

Müsabiqənin şərtlərinə əsasən “SAILPLANER”də 6 nəfərlik tələbə heyətindən ibarət komandalar iştirak edə bilərlər.

Komandalar qrup işinə mütləq şəkildə mentor cəlb etməli və final mərhələsinə kimi sabit tərkibdə təmsil olunmalıdırlar. Həmçinin, hər komanda kapitanını öz qrup üzləri arasından seçməlidirlər.

Müsabiqədə iştirak edən komandalara layihənin icrası ilə bağlı müvafiq avadanlıqlardan istifadə etmələri üçün 800 ABŞ dolları texniki dəstək göstəriləcək.

Ali məktəb tələbələri B kateqoriyasını təmsil etməklə I yer 6000 AZN, II yer 4000 AZN, III yer 2000 AZN-dən ibarət Mükafat Fondu uğrunda mübarizəyə qoşula biləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO