Azərbaycandan kənarda yaradılmış cinayətkar birliyin üzvü olmaqda təqsirləndirilən şəxs HAKİM QARŞISINDA

Azərbaycandan kənarda yaradılmış cinayətkar birliyin üzvü olmaqda təqsirləndirilən şəxs HAKİM QARŞISINDA

Hazırda oxunan: Azərbaycandan kənarda yaradılmış cinayətkar birliyin üzvü olmaqda təqsirləndirilən şəxs HAKİM QARŞISINDA

588234

Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış cinayətkar birliyin üzvü olmaqda təqsirləndirilən Sənan Rəhimlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 13-nə təyin edilib.

Qeyd edək ki, Sənan Rəhimliyə AR Cinayət Məcəlləsinin 12.1-ci (cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 283-1.3-cü (dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə və döyüş təlimlərində iştirak etmə) maddələri ilə yekun ittiham elan olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO