Xətai rayon İcra Hakimiyyətinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil etdiyi tədbir sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, müzakirələrə səbəb Xalq artisti Röya Ayxanın İcra Hakimiyyətinin tədbirinə idman geyimində gəlməsi və icra başçısı ilə görüşməsi olub.
Xüsusilə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin müğənnini şəxsən qarşılaması və onunla şəkil çəkdirməsi ciddi şəkildə qınanılıb.
İcra başcısının sənətçini müavinləri ilə müşaiyət etməsi də tənqid olunub.
Qeyd edilib ki, bəzən günlərlə İcra Hakimiyyətinin qapısında qəbul növbəsi gözləyən vətəndaşlar varkən, icra başçısının şou nümayəndəsilə rəsmi protokol qaydalarına uyğun şəkildə davranışı anlaşılmazdır.
Dünənki tədbirin bədii hissəsində Röya Ayxanın iştirakı ilə bayram konserti təqdim edilib. Sonda Xalq artistinə hədiyyələr verilib. (Modern.az)



Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:21 / 30.12.2025
Röyanın icra başçısı ilə bu şəkli tənqid olundu – FOTO
Hazırda oxunan: Röyanın icra başçısı ilə bu şəkli tənqid olundu – FOTO
Hazırda oxunan: Röyanın icra başçısı ilə bu şəkli tənqid olundu – FOTO
588184
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































