“Goranboy rayonu, Nizami kəndində baş verən hadisə nəzarətdə saxlanılır”.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yayıb.
Bildirilib ki, Agentlik tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır:
“Zərərçəkənlər ilkin izahatlarında bildiriblər ki, Gəncə şəhərində fəaliyyət göstərən “Eldarado” mağazasından konservləşdirilmiş balıq alıblar. Ötən gün günorta saatlarında kartof puresi ilə qəbul ediblər. Bir-neçə saat sonra özlərini narahat hiss ediblər.
Gəncə şəhəri A.Səhhət adına xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Zərərçəkənlərin qəbul etdiyi qidalardan nümunələr götürülərək müayinə üçün laboratoriyaya təqdim edilib. Sınaq nəticələrinə əsasən hadisənin başvermə səbəbləri müəyyən ediləcək”.
Qeyd edək ki, ötən gün Goranboyda bir ailənin üç üzvü balıqdan zəhərlənib. Zəhərlənən 1965-ci il təvəllüdlü Səbirə Əhmədova, 1990-cı il təvəllüdlü Mehirban Əhmədova və 2011-ci il təvəllüdlü N.Əhmədova xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb. (Qafqazinfo.az)


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:29 / 30.12.2025
Zəhərlənən ailə balığı bu mağazadan alıbmış – FOTO
Hazırda oxunan: Zəhərlənən ailə balığı bu mağazadan alıbmış – FOTO
Hazırda oxunan: Zəhərlənən ailə balığı bu mağazadan alıbmış – FOTO
588171
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































