“Ağ Şəhər”də yeni “mall” istifadəyə veriləcək.
Bizim.Media xəbər verir ki, kompleksin mərkəzində “Baku City Mall”ın sakinlərin və turistlərin istifadəsinə verilməsi planlaşdırılır.
Bildirilib ki, ötən gün açılışı olan piyada körpüsünün keçidlərindən biri ticarət-əyləncə mərkəzinin 3-cü mərtəbəsi ilə əlaqələndiriləcək. Bununla insanların daha rahat hərəkətini təmin etmək mümkün olacaq.
Hazırda “Baku City Mall”un tikintisinə hazırlıqlar gedir, burada çoxsaylı brend mağazalar, restoranlar, kafelər, boulinq meydançaları və əyləncə zonaları, eləcə də şəhərə mənzərəsi olan terraslar olacaq.
Qeyd edək ki, ötən il “Ağ Şəhər”də “City Park Mall” adlı mərkəz də istifadəyə verilmişdi. (Qafqazinfo.az)



Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:23 / 30.12.2025
Həmin körpü ilə yeni “mall”a birbaşa keçə biləcəyik – FOTO
Hazırda oxunan: Həmin körpü ilə yeni “mall”a birbaşa keçə biləcəyik – FOTO
Hazırda oxunan: Həmin körpü ilə yeni “mall”a birbaşa keçə biləcəyik – FOTO
588170
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































