Bu hərbçilərin xidmət müddəti azaldılır

Bu hərbçilərin xidmət müddəti azaldılır

Hazırda oxunan: Bu hərbçilərin xidmət müddəti azaldılır

588151

Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılacaq.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Dəyişikliyə əsasən, bu müddət ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 1 il (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu müddət 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır) olacaq.

Mövcud qanunvericiliyə əsasən, bu müddət ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan və ya könüllü daxil olan zabitlər üçün 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 3 ilə qədərdir.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO