Şuşada minatəmizləmədə YENİ QAYDA

Şuşada minatəmizləmədə YENİ QAYDA

Hazırda oxunan: Şuşada minatəmizləmədə YENİ QAYDA

588147

Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyətinin qaydaları müəyyənləşəcək.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında "Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda (“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında”) dəyişiklikdə öz əksini tapıb.
 

Layihəyə əsasən, tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə minatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə aparılacaq. Bu zaman həmin ərazi əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzərdən keçiriləcək və abidələrin ilkin tədqiqi təmin ediləcək.


Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyəti aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir. Bu halda işlərin davam etdirilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul ediləcək.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO