Goranboyda balıqdan zəhərləndikləri ehtimal edlən bir ailənin 3 üzvünün sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilib.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli burasuna verilən məlumata görə ,29.12.2025-ci il tarixində saat 18:20 radələrində 3 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, dekabrın 29-da Goranboyun Nizami kənd sakinləri, 1965-ci il təvəllüdlü Nizami kənd sakini Səbirə Əhmədova, 1990-cı il təvəllüdlü Mehirban Əhmədova və 2011-ci il təvəllüdlü N. Əhmədova evlərində baliq yedikdən sonra özlərini pis hiss ediblər və zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
11:10 / 30.12.2025
Goranboyda balıqdan zəhərlənən 3 nəfərin sağlamlıq durumu necədir?
Hazırda oxunan: Goranboyda balıqdan zəhərlənən 3 nəfərin sağlamlıq durumu necədir?
Hazırda oxunan: Goranboyda balıqdan zəhərlənən 3 nəfərin sağlamlıq durumu necədir?
588127
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































