Bu gün Milli Məclisin deputatları tətilə çıxacaqlar.
Bizim.Media xəbər verir ki, qanunverici orqanın Daxili Nizamnaməsinə əsasən payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir.
Parlament yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə deputatlar məzuniyyətdə sayılır.
Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırılarsa, Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır. Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Qeyd edək ki, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:44 / 30.12.2025
Deputatlar bu gün məzuniyyətə çıxır
Hazırda oxunan: Deputatlar bu gün məzuniyyətə çıxır
Hazırda oxunan: Deputatlar bu gün məzuniyyətə çıxır
588119
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































