2026-cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

2026-cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

Hazırda oxunan: 2026-cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

588060

Məlum olduğu kimi, Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olunub.

Son illərdə şəhərdə söküntü və yenidənqurma işləri daha da genişlənib. Lakin məhz 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması, növbəti ildə bu istiqamətdə hansı işlərin görüləcəyinə dair marağı artırır.

Bu çərçivədə, xüsusən Bakı və Azərbaycanın digər şəhərlərində hansı yeniliklərin tətbiq olunacağı, hansı infrastrukturların yenilənəcəyi maraq doğurur.

Bizim.Media mövzuyla bağlı memar Cahid Həsənlinin fikirlərini öyrənib.

O 2026-cı ildə görülməsi vacib olan işləri qeyd edib:

"Elə binalar var ki, Sovet dövründən qalıb. Onların fasadlarının dəyişdirilməsinə, estetik tərtibatının yaradılmasına ehtiyac var. Müxtəlif təyinatlı parklar, zonalar var ki, onlar da bu il yenidən qurulmalıdır. MTK-lar özəl sektorlar tərəfindən hazırlanan layihələri daha keyfiyyətli icra etməlidirlər".

Maraqlıdır ki, Bakının əsas problemlərindən biri olan, insanların hər yağışda əziyyət çəkdiyi kanalizasiya məsələsi də növbəti il həll ola bilər? 

"Kanalizasiya sistemi də şəhərsalmanın ayrılmaz hissəsidir. Buna görə də 2026-cı ildə Bakı şəhərinin kanalizasiya sisteminin dəyişdirilməsi gözlənilir. Növbəti il yaşıl kənd, şəhər, yaşıl qəsəbələrin salınması istiqamətində layihələr başlamalıdır. 

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində əlaqədar qurumlar estetik və primitiv cəhətdən müasir formatlara cavab verməyən tikililərin inşasına icazə verməməlidir. Burada təkcə binalardan söhbət getmir. Məsələn, yanacaq doldurma məntəqəsi tikiləcəksə, onun da vizual baxımdan estetik tərtibatı olmalıdır", -deyə Cahid Həsənli bildirib.

Memar deyir ki, 2026-cı ildə uzun illərdir həll olunmayan problemlər daha yaxşı anlaşılacaq:

"Burada təkcə dövlətin şəhərsalma strukturuna ayırdığı vəsaitdən söhbət getmir. 2026-cı il memarların qarşısına böyük məqsəd qoyur. Beyin mərkəzi olan memarlarımız arasında növbəti ildə körpü yaranacaq".

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO