Valideyn himayəsindən məhrum uşaqların TALEYİ - Əcnəbilərə, yoxsa azərbaycanlı ailələrə?

Valideyn himayəsindən məhrum uşaqların TALEYİ - Əcnəbilərə, yoxsa azərbaycanlı ailələrə?

Hazırda oxunan: Valideyn himayəsindən məhrum uşaqların TALEYİ - Əcnəbilərə, yoxsa azərbaycanlı ailələrə?

588029

Valideyn himayəsindən məhrum qalan uşaqlar üçün ən vacib ehtiyac isti bir ev və güvənli bir ailədir. Azərbaycanda tez-tez müzakirə olunan suallardan biri də məhz budur: azərbaycanlı uşaq əcnəbi ailənin himayəsinə verilə bilərmi, yaxud əcnəbi uşaq Azərbaycan ailəsində böyüyə bilərmi? Bu suallar təkcə hüquqi çərçivə ilə deyil, eyni zamanda milli dəyərlər, mədəni uyğunlaşma və uşağın ən ali mənafeyi anlayışı ilə də sıx bağlıdır. Bir tərəfdə uşağın ailə mühitində böyümək hüququ, digər tərəfdə dövlətlərin qanunları və beynəlxalq öhdəliklər dayanır.

Sosial Xidmətlər Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, xüsusi qayğıya ehtiyacı olan uşaqların isti ailə mühitində böyüməsi, onların inkişafının, sağlamlığının və təhlükəsizliyinin təmin olunması dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə atılan hər bir addım uşaqların rifahının yüksəldilməsinə xidmət edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi fəaliyyət göstərir.

Bu altsistem vasitəsilə valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə yerləşdirilməsi, onların övladlığa və himayədar ailələrə verilməsi üzrə işlər həyata keçirilir.

Müvafiq qanunvericiliyə uyğun olaraq, valideyn himayəsindən məhrum olmuş uşaqlar yalnız Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə himayəyə verilir. Belə ki, yetkinlik yaşına çatmış, hər iki cinsdən olan, ən azı ümumi orta təhsilli, sağlamlıq və sosial vəziyyəti uyğun hesab edilən və müvafiq qiymətləndirmə mərhələlərindən uğurla keçmiş şəxslər himayədar valideyn ola bilərlər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO