“Mənə zəng etdilər, dedilər ki, imza at…” – Misir Mərdanov işdən çıxarılmasından danışdı

“Mənə zəng etdilər, dedilər ki, imza at…” – Misir Mərdanov işdən çıxarılmasından danışdı

Hazırda oxunan: “Mənə zəng etdilər, dedilər ki, imza at…” – Misir Mərdanov işdən çıxarılmasından danışdı

587960

Xəbər verdiyimiz kimi, sabiq təhsil naziri Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılıb. “Editor.az”-ın məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu ləğv edilərək, onların bazasında vahid Riyaziyyat İnstitutu yaradılıb.

Bizim.Media xəbər verir ki, yeni yaradılmış instituta direktor əvəzi vəzifəsinə texnika elmləri doktoru Elxan Səbziyev təyin edilib. Bununla da, ləğv olunan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov vəzifəsini itirmiş olub.

Globalinfo.az məsələ ilə bağlı Misir Mərdanovla əlaqə yaradıb.

O bildirib ki, hələ rəsmi əmr olmasa da, faktiki olaraq vəzifəsindən uzaqlaşdırılıb:

“Bir müddət əvvəl Akademiyadan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş elmi-tədqiqat institutlarının fəaliyyətinin optimallaşdırılması məqsədilə iki-üç institutun birləşdirilməsi qərara alındı. O cümlədən, Riyaziyyat və Mexanika İnstitutu ilə İdarəetmə Sistemləri İnstitutunun birləşdirilməsi, hər iki qurumun fəaliyyətinin dayandırılması və onların bazasında yeni Riyaziyyat İnstitutunun yaradılması barədə qərar qəbul olundu. 
 

Uzun müddətdir gözləyirdik ki, proses necə baş tutacaq, kim gələcək, kim gedəcək. Nəhayət, cümə günü (dekabrın 26-da) Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən mənə zəng etdilər və institutun icraçı direktoru vəzifəsinə bir nəfərin təyin olunduğunu, müvəqqəti olaraq direktor vəzifəsini onun icra edəcəyini bildirdilər. Həmin şəxsi qəbul edib təhvil-təslim sənədlərinə imza atmalı olduğum deyildi. Mən də onu qəbul etdim. 


Bu şəxs Bakı Dövlət Universitetində işlədiyim dövrdə oranı bitirmiş 66 yaşlı texnika elmləri doktoru, tanıdığım biridir. Bu gün təhvil-təslim prosesi yekunlaşacaq”.

Sabiq nazir bundan sonra hansı fəaliyyətlə məşğul olacağına da aydınlıq gətirib:

“Qeyd edim ki, universitetdə kafedra müdiriyəm. Minimum halda bu fəaliyyətimi davam etdirəcəyəm. Artıq 13 ildir burada çalışıram. Eyni zamanda gələn il 80 yaşım tamam olacaq. Başqa xüsusi səbəb görmürəm. Yeni institut yaradılıb və bu baxımdan yeni rəhbər təyin olunmasını normal qarşılayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO