Gürcüstanda iki Azərbaycan vətəndaşı HƏBS EDİLDİ

Gürcüstanda iki Azərbaycan vətəndaşı HƏBS EDİLDİ

Hazırda oxunan: Gürcüstanda iki Azərbaycan vətəndaşı HƏBS EDİLDİ

587950

Gürcüstanın Marneuli bölgəsində polis iki Azərbaycan vətəndaşını dələduzluq ittihamı ilə həbs edib.

Bizim.Media marneulifm.ge-yə istinadən xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
 

Məlumata görə, 1983-cü və 1987-ci il təvəllüdlü şəxslər (A.M. və İ.M.) Marneuli bələdiyyəsi sakinindən qızıl zinət əşyalarını dələduzluq yolu ilə əldə ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hər iki şəxsi həbs ediblər.


Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 1-ci hissəsi ilə araşdırma aparılır ki, bu maddə dörd ilə qədər həbs cəzasını nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO