"Özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun saxlanma səhnəsini izlədim. Bəlkə birinci dəfə idi, polis əməkdaşları tərəfindən insanın bu cür saxlanılmasına sevindim, çünki Vətən Müharibəsi iştirakçısının üzünə tüpürən bundan da betərinə layiqdir".
Bizim.Media xəbər verir ki, bu fikirləri hüquqşünas Aslan İsmayılov sosial şəbəkə hesabından yazıb.
“R.Məmmədovun böyük reket dəstəsinin başında dayanması hamıya bəlli olsa da, bu günə qədər tədbir görən yox idi. Bu dəstənin nə qədər təhlükəli və həyasız olduğunu bildiyimdən, o barədə bircə dəfə özü kimi ikinci bir reket dəstəsi ilə üzə-üzə gəlib bir birilərini ifşa edəndə yazmışdım”, - deyə Aslan İsmayılov bildirib.
Hüquqşünas fikirlərinin davamında Ata Abdullayev, Rasim Məmmədovun həbs edilməsi ilə reket dəstələrin tamamilə yox olmadığını da diqqətə çatdırıb.
Aslan İsmayılov bu cür “məxluq”ları yetişdirib ortaya çıxaran, onlara münbit şərait yaradıb öz murdar məqsədləri üçün istifadə edən Ramiz Mehdiyev və Əli Həsənovun hələ də azadlıqda olduğunu vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:33 / 05.02.2022
“Ata Abdullayev və Rasim Məmmədovun həbsi ilə reketlər tamamilə yox olmayıb” – Aslan İsmayılov
Hazırda oxunan: “Ata Abdullayev və Rasim Məmmədovun həbsi ilə reketlər tamamilə yox olmayıb” – Aslan İsmayılov
Hazırda oxunan: “Ata Abdullayev və Rasim Məmmədovun həbsi ilə reketlər tamamilə yox olmayıb” – Aslan İsmayılov
58795
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.