Paytaxtın bir çox yollarında olduğu kimi, Xətai prospektində də hər gün sıxlıq müşahidə olunur. Xüsusilə pik saatlarda avtomobillərin hərəkəti dayanır. Avtomobillərin sonu görünməyən növbəsi metronun "28 May" stansiyasına qədər uzanır.
Bizim.Media xəbər verir ki, sürücülər vaxt itirir, piyadalar isə yolun xaotik vəziyyəti ilə üzləşirlər.
Mütəxəssislər bildirirlər ki, kəsişmə nöqtələrində hərəkət axınını rahatlaşdırmaq üçün xüsusi mühəndis həlləri tətbiq olunmalıdır.
Ekspert Elməddin Muradlının sözlərinə görə, Koroğlu Rəhimov və Xətai prospektlərinin birləşdiyi ərazidə üstünlük Koroğlu Rəhimov küçəsinə verildiyindən Xətai prospektində sıxlıq yaranır. Zolaqların artırılması təkbaşına problemi həll etməyəcək.
Mütəxəssislər qeyd edirlər ki, prospektdə tıxaclar xətlənmə işləri həyata keçirilmədiyi üçün yaranır. Parklanma yerləri təşkil olunandan sonra sıxlıq azalacaq və hərəkət daha rahat olacaq, amma piyadalar və obyektlərin maraqları qorunmalıdır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, hazırda yolla bağlı xüsusi optimallaşdırma planları hazırlanır.
Bundan başqa, dövlət proqramı və yerli layihələr çərçivəsində paytaxtın bir neçə ərazisini birləşdirən yeni nəqliyyat xətləri istifadəyə veriləcək.
Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:48 / 28.12.2025
Bakının bu küçəsində tıxac aradan qaldırılacaq? - VİDEO
Hazırda oxunan: Bakının bu küçəsində tıxac aradan qaldırılacaq? - VİDEO
Hazırda oxunan: Bakının bu küçəsində tıxac aradan qaldırılacaq? - VİDEO
587855
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































