Azərbaycan Təhsil İnstitutu gənclərin maliyyə, bank və iqtisadiyyatın digər sahələri haqqında bacarıqlarını təkmilləşdirmək üçün yeni təşəbbüsə imza atıb.
Bizim.Media xəbər verir ki, “Finance & Banking Campus 2022” adlı proqramla bağlı tədbirə 1-5 avqust 2022-ci il tarixində start veriləcək. Yeni layihə azərbaycanlı gəncləri məlumatlandırmaq və ruhlandırmaq, o cümlədən gənc mütəxəssislər və təcrübəli məruzəçilər arasında qarşılıqlı şəbəkələşmə imkanları yaratmaq məqsədi daşıyır.
MÖVZU İLƏ BAĞLI:
Seçim imtahanında uğur qazanan tələbələr “Qış düşərgəsi”nə yollandı - FOTO
Tədbirdə dünyanın müxtəlif ölkələrindən maliyyə, bank və sahibkarlıq sektorunda uğurlu fəaliyyət göstərən CEO, CFO və digər yüksək səviyyəli rəhbərlər iştirak edəcəklər.
Təhsil İnstitutundan bildirilib ki, Kampusda iştirak etmək üçün ehtiyacı olan tələbələrə maliyyə dəstəyinin ayrılması nəzərdə tutulub.
Müraciət üçün son tarix isə 1 Mart 2022-ci il müəyyənləşdirilib.
Bizim.Media