Duman, qar, şaxta... - FAKTİKİ HAVA

Duman, qar, şaxta... - FAKTİKİ HAVA

Hazırda oxunan: Duman, qar, şaxta... - FAKTİKİ HAVA

587783

Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Şahdağ və Goranboyda 19, Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 17, Mingəçevir və Yardımlıda 16 m/s-dək güclənir.

Qan qarın hündürlüyü Gədəbəydə 21, Əlibəydə (Zaqatala) 14, Daşkəsəndə 11, Kəlbəcərdə 8, Qrızda 7, Şahdağda 6, Göygöl, Sarıbaş (Qax) və Şərurda 5, Xaltan və Xınalıqda 4, Qusar və Qubada 3, Şabranda 2, Sədərək, Xaçmaz, Şahbuz, Şəki (Kişçay), Laçın və Qubadlıda 1 sm-dir.

Yağıntının miqdarı Balakən və Zaqatalada 2, Bərdə, Tovuz, Şəmkir, Cocuqmərcanlı (Cəbrayıl) və Naxçıvanda 1 mm-dir.
 

Balakən, Şərur, Daşkəsən, Göygöl, Şəmkir, Sarıbaş (Qax), Quba, Qusar, Qrız, Göyçay, Kürdəmir, Cəfərxan, Hacıqabul, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.


Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 1, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO