Bayram ərəfəsində qazsız qalan Hövsan – “Azəriqaz” sakinləri niyə soyuqda qoyur?

Bayram ərəfəsində qazsız qalan Hövsan – “Azəriqaz” sakinləri niyə soyuqda qoyur?

Hazırda oxunan: Bayram ərəfəsində qazsız qalan Hövsan – “Azəriqaz” sakinləri niyə soyuqda qoyur?

587677

Suraxanı rayonu Hövsan qəsəbəsinin bəzi yerlərinə günlərdir təbii qaz verilmir.

Bizim.Media-ya müraciət edən qəsəbə sakinləri bildiriblər ki, Hövsan qəsəbəsi Elman Qasımov küçəsi, bina 20 “B” ünvanında üç gündür qaz yoxdur.
 

Sakinlərin sözlərinə görə, onlar mənzilləri qızdırmaq üçün elektriklə işləyən müxtəlif qızdırıcılardan istifadə edirlər. Həmçinin, çay və xörəyi də elektrik çaydanı və sobadan istifadə etməklə hazırlayırlar.


Qəsəbə sakinləri bayram ərəfəsində bu problemin nədən qaynaqlandığını və nə qədər davam edəcəyini bilmirlər. Bundan əlavə qəsəbənin bağ massivində də əhaliyə verilən təbii qazın həcminin azalması sakinlər arasında ciddi narazılıq yaradıb.

Bildirilir ki, qaz təzyiqinin aşağı olması səbəbindən evlərdə normal isinmə mümkün deyil.
 

Sakinlərin sözlərinə görə, kombilər lazımi səviyyədə qızmır, yalnız ilıq vəziyyətdə qalır. Qəsəbədə təbii qazın tez-tez dayandırılması da vəziyyəti çətinləşdirib.


Mövcud problem xüsusilə qış aylarında əhalinin məişət şəraitinə ciddi təsir göstərir. Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə sorğu ünvanlamışıq.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO