Yeni ilə qədər ARIQLAMAQ - Hansı pəhrizlər effektivdir?

Yeni ilə qədər ARIQLAMAQ - Hansı pəhrizlər effektivdir?

Hazırda oxunan: Yeni ilə qədər ARIQLAMAQ - Hansı pəhrizlər effektivdir?

587672

Bir çox insan Yeni il bayramına ən yaxşı formada daxil olmağa çalışır. Artıq Yeni ilə sayılı günlər qalıb, lakin çox istək varsa, arıqlamaq üçün hələ vaxt qalır.
 

İlk növbədə, sürətli arıqlama orqanizmdə yığılan artıq mayedən və ilk artıq kilolardan xilas olmağa kömək edir.


Bir həftəyə 10 kq çəki atacağınızı, ideal dərəcədə yastı qarın və incə ayaqlara sahib olacağınızı gözləmək düzgün olmaz. Amma tərəzidə 2–3 kq azalma görmək tamamilə mümkündür.

Qarabaşaq pəhrizi

Bu pəhrizin mahiyyəti ondan ibarətdir ki, qida rasionunda duzsuz bişirilmiş qarabaşaq sıyığı üstünlük təşkil edir.
 

Bununla yanaşı, tərəvəzlərə və az miqdarda turşməzə süd məhsullarına icazə verilir. Bu üsulla bir həftə ərzində təxminən 2–4 kq çəki itirmək mümkündür.


Belə pəhriz rasionunu “yüngülləşdirmək”, kalorini azaltmaq və bunu kəskin aclıq hissi olmadan etmək istəyənlər üçün daha uyğundur.

5:2 pəhrizi

Bu pəhrizin əsas xüsusiyyəti ondan ibarətdir ki, həftənin 5 günü istədiyiniz kimi (yəni adi qidalanma rejimində) yeyə bilərsiniz, yalnız 2 gün ərzində qidalanmanı məhdudlaşdırırsınız.
 

Həmin günlərdə gündəlik qəbul edilən kalori miqdarı 500–600 kalori ilə məhdudlaşır. Məsələn, çərşənbə axşamı və cümə günləri özünüzü məhdudlaşdırır, həftənin digər günlərində isə adi qaydada qidalanırsınız.


Bir çox insanlar üçün bu arıqlama üsuluna əməl etmək davamlı məhdudiyyətlərdən daha asandır.

“Altı ləçək” pəhrizi

Digər effektiv pəhriz isə “Altı ləçək” pəhrizidir. Bu pəhriz 6 gün davam edir və ardıcıl şəkildə tətbiq olunan 6 mono-pəhrizdən ibarətdir.

Karbohidrat günləri zülal günləri ilə növbələşir:

– balıq günü,

– tərəvəz günü,

– ət günü,

– taxıl günü,

– kəsmik günü (bu gün kefir içmək də olar),

– meyvə günü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO