Faiq Mirzəyev Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu MMC-yə yeni direktor təyin edilib.
Bizim.Media Report-a istinadla xəbər verir ki, o, institutun rəhbərliyində Vüqar Babakişiyevi əvəz edib.
Xatırladaq ki, "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" kommersiya qurumu kimi 1994-cü ildə yaradılıb.
Onun nizamnamə kapitalı 100 manatdır. İnstitut tarixi abidələrin bərpası istiqamətində yeganə elmi-tədqiqat təşkilatıdır.
Bizim.Media































































































