Azərbaycan işğaldan azad olunmuş ərazilərdəki minaların xəritəsini Ermənistandan TƏLƏB EDƏCƏK

Azərbaycan işğaldan azad olunmuş ərazilərdəki minaların xəritəsini Ermənistandan TƏLƏB EDƏCƏK

Hazırda oxunan: Azərbaycan işğaldan azad olunmuş ərazilərdəki minaların xəritəsini Ermənistandan TƏLƏB EDƏCƏK

587579

“Azərbaycan işğaldan azad olunmuş ərazilərdəki minaların xəritəsini Ermənistandan 2026-cı ildə də israrla tələb edəcək”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.

"Ermənistan iddia edir ki, onların əlində mina xəritəsi yoxdur, hamısını veriblər. Bu səbəbdən də minalarla bağlı vəziyyət kifayət qədər mürəkkəbdir. Belə ki, bir sıra ərazilərdə minalar 2021-2023-cü illər ərzində basdırılıb. Həmçinin ərazilərimizdə 2020-ci ildən sonra ümumilikdə yüz minlərlə mina basdırılıb. Bu minaların tam təhlükəsiz şəkildə çıxarılması qısa müddətdə mümkün görünmür və uzunmüddətli, planlı əməliyyatlar tələb edir”, - deyə Azərbaycanın xarici işlər naziri vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO