Üç rayona növbəti köç karvanları YOLA SALINDI – FOTO

Üç rayona növbəti köç karvanları YOLA SALINDI – FOTO

Hazırda oxunan: Üç rayona növbəti köç karvanları YOLA SALINDI – FOTO

587524

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir. 

Bizim.Media xəbər verir ki, Ağdam rayonunun Xıdırlı kəndinə, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Seyidbəyli kəndinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. 
 

Bu mərhələdə Ağdam rayonun Xıdırlı kəndinə 64 ailə - 278 nəfər, Xocavənd rayonunun Hadrut qəsəbəsinə 13 ailə - 51 nəfər, Xocalı rayonunun Seyidbəyli kəndinə isə 11 ailə - 48 nəfər köçürülüb. 


Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO