Qanun layihəsində DƏYİŞİKLİK – Elektron siqaret qadağası bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK

Qanun layihəsində DƏYİŞİKLİK – Elektron siqaret qadağası bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK

Hazırda oxunan: Qanun layihəsində DƏYİŞİKLİK – Elektron siqaret qadağası bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK

587519

Xəbər verdiyimiz kimi Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək. Bu, “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. 

Bizim.Media xəbər verir ki, qanun layihəsinə ikinci oxunuşda dəyişiklik olunub.

 

MÖVZU İLƏ BAĞLI: 

SON DƏQİQƏ! Azərbaycanda elektron siqaretlərdən istifadə QADAĞAN EDİLƏCƏK

 

Belə ki, qanun layihəsi qəbul olunduğu halda fevralın birində yox, aprelin birində qüvvəyə minəcək.

Xatırladaq ki, bu təkliflə parlamentin dekabrın 19-da keçirilən plenar iclasında deputat Azər Əmiraslanov çıxış edib. 

“Bu müddət ərzində maddi itkilərlə və çətinliklərlə üz-üzə qalmaması üçün sahibkarlara aidiyyatı qurumlar tərəfindən hər cür dəstək verilməsini də vacib hesab edirik”, - deyə o qeyd edib.

Qanun layihəsi səsə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO