Yer kürəsi yavaşlayır, günlər uzanır

Yer kürəsi yavaşlayır, günlər uzanır

Hazırda oxunan: Yer kürəsi yavaşlayır, günlər uzanır

587481

Alimlər insan fəaliyyətinin Yer kürəsinin fırlanmasını dəyişdirdiyinə dair təəccüblü kəşfə imza atıblar.

Bizim.Media xəbər verir ki, alimlərin qənaətinə görə, istixana qazı tullantıları Yer kürəsinin fırlanmasını yavaşladır. 

Bu, planetdə günlərin hiss olunmayacaq dərəcədə kiçik, lakin ölçülə bilən şəkildə uzanmasına səbəb olur.

Yeni tədqiqatlara görə, iqlim dəyişikliyinin təsirləri artıq hava hadisələri, buzlaqların əriməsi və ya dəniz səviyyəsinin yüksəlməsi ilə məhdudlaşmır. İnsanların fəaliyyətləri nəticəsində buraxılan istixana qazı tullantıları planetin kütlə balansını pozur.
 

Bu da Yer kürəsinin fırlanmasını yavaşlatır və günlərin uzanmasına səbəb olur. Təsir gündəlik həyatda hiss olunmasa da, zaman ölçmə və qlobal texnoloji infrastruktur üçün ciddi nəticələrə səbəb ola bilər. 


Qlobal istiləşmə, xüsusən də qütb bölgələrindəki nəhəng buz kütlələrini əridib. Məlumata görə, Antarktida hər il təxminən 150 milyard ton, Qrenlandiya isə 270 milyard ton buz əriyir. (mənbə: mətbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO