Dubaydan uçan təyyarədə ŞOK ANLAR: Azərbaycanlının 77 min dollarını oğurlamaq istədilər

Dubaydan uçan təyyarədə ŞOK ANLAR: Azərbaycanlının 77 min dollarını oğurlamaq istədilər

Hazırda oxunan: Dubaydan uçan təyyarədə ŞOK ANLAR: Azərbaycanlının 77 min dollarını oğurlamaq istədilər

587396

Sinqapurda məhkəmə 26 yaşlı Çin vətəndaşı Liu Minə “Singapore Airlines” reysində başqa bir sərnişinin baqajını oğurlamağa cəhd etdiyinə görə 20 ay azadlıqdan məhrumetmə cəzası verib.

Bizim.Media xarici mediaya istinadla bildirir ki, hadisə Dubay–Sinqapur marşrutu üzrə uçuş zamanı baş verib. Məhkəmənin məlumatına görə, Liu biznes-klass salonuna digər sərnişinlərin qiymətli əşyalarını oğurlamaq niyyəti ilə daxil olub. O, 52 yaşlı Azərbaycan vətəndaşı və onun həyat yoldaşından bir neçə sıra irəlidə oturub.

Şam yeməyindən sonra, salonun işıqları azaldılan zaman Liu azərbaycanlı yatmış sərnişinin yerinə yaxınlaşıb və onun çantasını yuxarı baqaj rəfindən götürüb. Lakin zərərçəkənin həyat yoldaşı oyanaraq bunu görüb. O, stüardessaya müraciət etdikdən sonra Liu çantanı yerinə qaytarıb və guya çantaları səhv saldığını bildirib.
 

Təyyarə Çanqi hava limanına endikdən sonra ekipaj hadisə barədə hava limanı xidmətlərinə məlumat verib və Liu saxlanılıb. Zərərçəkənin çantasında təxminən 77 min ABŞ dolları dəyərində nağd pul və qiymətli əşyalar olub: bunlara noutbuk, bahalı saatlar və siqar kolleksiyası daxildir.


Həmçinin qeyd olunur ki, istintaq zamanı Liu polislərlə əməkdaşlıq etməyib və təsadüfi səhv versiyasında israr edib. Halbuki onun şəxsi çantası zərərçəkənin çantasından açıq şəkildə fərqli imiş. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO