Lənkəranda qeyri-adi təbiət hadisəsi – FOTO

Lənkəranda qeyri-adi təbiət hadisəsi – FOTO

Hazırda oxunan: Lənkəranda qeyri-adi təbiət hadisəsi – FOTO

587334

Lənkəran rayonunun Şağlaser kəndində qeyri-adi təbiət hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər ki, adətən yaz–yay mövsümündə bar verən alça ağacı dekabr ayında yenidən çiçəklənərək meyvə gətirib.

Hadisə 79 yaşlı Pənci Ağayevin həyətində baş verib.

Ev sahibinin sözlərinə görə, təxminən 10 il əvvəl əkilən qırmızı növ alça ağacı hər il bol məhsul versə də, bu il ilk dəfə olaraq ikinci dəfə bar verib. O bildirir ki, havaların fəsilə uyğun olmayan dərəcədə isti keçməsi bağdakı ağacların yenidən oyanmasına səbəb olub. Pənci Ağayev əlavə edib ki, şaxtalı hava olmadığı halda ağac meyvəni saxlaya və yay mövsümünə yaxın dadını daha da yaxşılaşdıra bilər.





Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO