Bənövşəyi qidaların sağlamlığa faydaları AÇIQLANDI

Bənövşəyi qidaların sağlamlığa faydaları AÇIQLANDI

Hazırda oxunan: Bənövşəyi qidaların sağlamlığa faydaları AÇIQLANDI

587289

Alimlər bildirib ki, bənövşəyi, tünd mavi və qırmızı rəngli meyvə-tərəvəzlərdə bol olan antosianlar sağlamlıq üçün faydalıdır. 

Bizim.Media xəbər verir ki, antosianlar giləmeyvələrə, qara üzümə, bənövşəyi kələmə, qara düyüyə və bənövşəyi şirin kartofa rəng verən təbii flavonoid piqmentlərdir. 

Araşdırmalar göstərib ki, bu maddələr güclü antioksidant təsirə malikdir və hüceyrələri oksidləşdirici stresdən qoruyur.
 

Elmi tədqiqatlara əsasən, antosianlar ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, damarların elastikliyini artırır, qan təzyiqinin tənzimlənməsinə kömək edir və “pis” xolesterinin oksidləşməsini azaldır. Bu təsirlər ateroskleroz və ürək-damar xəstəlikləri riskinin azalması ilə əlaqələndirilir.


Antosianların beyin sağlamlığına da xeyirlidir. Bəzi klinik araşdırmalarda giləmeyvə və albalı şirəsinin yaşlı insanlarda yaddaş, diqqət və nitq axıcılığını yaxşılaşdırdığı müəyyən edilib. Mütəxəssislər bunu antosianların iltihabı azaltması və beyin qan dövranını yaxşılaşdırması ilə izah edib. (saglamolun.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO