Bu gün Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Qusar şəhərində şəhid Ramin Nurəhmədovun ailəsini və Vətən müharibəsi qazisi Samir Əhmədovu və ailəsini ziyarət edib.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, ziyarət zamanı icra başçısı şəhid ailəsinin üzvləri, qazi Samir Əhmədov və ailə üzvləri ilə səmimi söhbət zamanı ailələrin sosial-məişət şəraiti, problem və qayğıları ilə maraqlanıb, təkliflərini dinləyib.
İcra başçısı qazinin sağlamlıq vəziyyəti, müalicə prosesi ilə bağlı məlumat alıb. Eyni zamanda şəhid və qazi ailələrinin övladlarının təhsil göstəriciləri ilə maraqlanıb.
Ailələr onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə RİH başçısına təşəkkürlərini bildiriblər.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

- A-
- A
- A+
Cəmiyyət
18:47 / 24.12.2025
Qusarda şəhid və qazi ailələri ziyarət edildi - FOTO
Hazırda oxunan: Qusarda şəhid və qazi ailələri ziyarət edildi - FOTO
Hazırda oxunan: Qusarda şəhid və qazi ailələri ziyarət edildi - FOTO
587253
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































