Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblərlə bağlı QƏRAR VERİLDİ

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblərlə bağlı QƏRAR VERİLDİ

Hazırda oxunan: Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblərlə bağlı QƏRAR VERİLDİ

587224

Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad 2 il müddətə azadlıqdan məhrum ediliblər.
 

MÖVZU İLƏ BAĞLI: 

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO


Bizim.Media “report.az”a istinadla xəbər verir ki, bu barədə hökm Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Həmçinin onlar cəzalarını çəkdikdən sonra Azərbaycandan məcburi çıxarılacaq. Məhkum olunan şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Hökmdən əvvəl təqsirləndirilən şəxslərə son söz verilib. Onlar Azərbaycan xalqından üzr istəyiblər və həmin yerin Şəhidlər xiyabanı olduğunu bilmədiklərini deyiblər.
 

Xatırladaq ki, dövlət ittihamçısı onların 4 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, hadisə bu ilin avqust ayında baş verib.


İttihama görə, sözügedən şəxslər Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar.

Alzaman Mahdi Ali, Alqhabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO