Siyəzəndə 3 yaşlı Seyfəl Bağırlının hansı şəraitdə həyatını itirməsinin təfərrüatı məlum olub.
MÖVZU İLƏ BAĞLI:
Siyəzəndə QANDONDURAN FACİƏ – 3 yaşlı uşaq yanaraq dünyasını dəyişdi – ÖZƏL - VİDEO
Bizim.Media-nın əldə etdiyi məlumata görə, uşağın atası Hüseynağa Bağırov maşınını təmir edirmiş. Seyfəl də həmin vaxt maşına daxil olaraq avtomobilin salonunda oturub.
Azyaşlının atası evə vintaçan götürmək üçün gedib. Geri qayıdanda isə maşının tüstüləndiyini görüb.
Ata pəncərəni sındırıb uşağı çıxarmaq istəyib, lakin şüşəni sındıra bilməyib. Bu zaman ata qapını açıb və içəri oksigen daxil olduğundan maşın qəfil tam alışıb.
Yanğından qorxan uşaq qabaq oturacaqdan arxaya keçərək qısılıb qalıb və yanaraq həyatını itirib.
Qeyd edək ki, bu gün Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 3 yaşlı Seyfəl Hüseynağa oğlu Bağırlı yaşadığı evin həyətində park edilmiş atası Hüseynağa Bağırova məxsus “VAZ-2107” markalı avtomobildə yanaraq dünyasını dəyişib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

































































































