“Tarixən bizə qarşı baş verən soyqırımlarda yəhudi qardaşlarımız da məhv edilib”.
Bizim.Media xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində keçirilən “Multikultural Dəyərlər Sistemi: Dövlət-Din münasibətlərinin hüquqi və mədəni aspektləri” mövzusundakı panel müzakirəsində çıxışı zamanı deyib.
“Birinci Qarabağ müharibəsində bu torpaqlar üçün canını fəda edən Albert Aqarunov bizim üçün dəyərdir.
Albert bizim üçün Mübarizdir, Fəriddir.
Bu gün hər bir azərbaycanlı ona vətən şəhidi kimi baxır. Vətən üçün şəhid olanlar dini əqidəsindən asılı olmayaraq Şəhidlər xiyabanında dəfn olunur. Bu tolerantlıq deyil, bu, milli-mənəvi dəyərdir, mənəviyyatdr”.
Naibə Məmmədova, Pərviz Allahverdiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:00 / 24.12.2025
Gündüz İsmayılov: “Bizə qarşı soyqırımlarda yəhudi qardaşlarımız da məhv edilib”
Hazırda oxunan: Gündüz İsmayılov: “Bizə qarşı soyqırımlarda yəhudi qardaşlarımız da məhv edilib”
Hazırda oxunan: Gündüz İsmayılov: “Bizə qarşı soyqırımlarda yəhudi qardaşlarımız da məhv edilib”
587180
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































