"Etay Group İç və DIŞ Ticaret Limited Şirkəti"nin Azərbaycandakı filialı barəsində inzibati protokol tərtib edilib.
Bizim.Media xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham irəli sürülüb.
Belə ki, şirkət 223 650 ABŞ dolları (380 000 AZN) məbləğində vəsaiti bank vasitəsilə 28 sentyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürüb. Lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib.
Bu səbəbdən şirkət həmin məbləğin 20 faizi miqdarında - 44 730 dollar (76 000 AZN) cərimələnib. (Teleqraf.az)
Bizim.Media

































































































