SON DƏQİQƏ! Yeni il tətilinin vaxtı dəqiqləşdi – RƏSMİ

SON DƏQİQƏ! Yeni il tətilinin vaxtı dəqiqləşdi – RƏSMİ

Hazırda oxunan: SON DƏQİQƏ! Yeni il tətilinin vaxtı dəqiqləşdi – RƏSMİ

587148

Bəzi təhsil müəssisələrində ayın 29 və 30-u tarixlərinin Yeni il bayramı ilə əlaqədar həftə sonu günləri ilə əvəzlənərək 27 və 28-i tarixlərinə keçirilməsi ilə bağlı məlumat yayılıb. Hətta bəzi məktəblərdə bu barədə valideynlərə əvvəlcədən məlumat verildiyi də bildirilir.

Bizim.Media məsələni dəqiqləşdirmək üçün Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən sorğumuza cavab olaraq bildirilib ki, iddialar doğru deyil.

"Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qərar olmadığı üçün dərs və istirahət günlərinin yerinin dəyişdirilməsi nəzərdə tutulmur. Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur", - deyə ETN-dən bildirilib.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 31 dekabr, 1 və 2 yanvar tarixləri qeyri-iş günü hesab olunur. Bundan əlavə, 3 və 4 yanvar şənbə-bazar günlərinə təsadüf edir. Beləcə, Yeni ildə 5 gün ardıcıl tətil olacaq. 

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO