DSX-nin gəmisi satışa çıxarıldı – QİYMƏT

DSX-nin gəmisi satışa çıxarıldı – QİYMƏT

Hazırda oxunan: DSX-nin gəmisi satışa çıxarıldı – QİYMƏT

587145

Gələn il fevralın 24-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan nəqliyyat vasitələrinin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

Bizim.Media xəbər verir ki, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq.
 

Hərraca ümumi dəyəri 287 min 500 manat olan 11 nəqliyyat vasitəsi, o cümlədən, Dövlət Sərhəd Xidmətinə məxsus, istehsal ili 1969-cu il olan "Point Brower D" markalı gəmi çıxarılacaq. Gəminin start qiyməti 230 min manat müəyyən edilib.


Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin tam siyahısı ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO