“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında 2022-ci yeni tədris ilinin döyüşə hazırolma həftəsi çərçivəsində fəaliyyətlər yerinə yetirilib.
Bizim.Media xəbər verir ki, Sərhəd Diviziyasında müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələr öyrənilir, tapşırıqlar dəqiqləşdirilir və bölmələr müxtəlif variantlar üzrə məşq etdirilir.
MÖVZU İLƏ BAĞLI:
Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başladı - VİDEO
2022-ci yeni tədris ilinin başlanması ilə əlaqədar “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında bölmələrin həyəcan siqnalı ilə qaldırılması və cəmləşmə rayonlarına çıxarılması üzrə təlimlər keçirilir.
Məşqlər zamanı əsas diqqət sərhəd bölmələrinə verilən müdaxilələrin və qəfil ortaya çıxan tapşırıqların çevik şəkildə icrasına yönəldilib.
Bizim.Media