“Düzdür, indi işləmir, işləmək üçün imkanı yoxdur, amma ümumi vəziyyəti stabildir”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında vəkil Əsabəli Mustafayevin həyat yoldaşı Zemfira Mustafayeva deyib.
Ötən il insult keçirən vəkil hazırda qismən nitqini bərpa edə bilib:
“Hazırda yeriməsində heç bir problem yoxdur. Amma bilirsiniz ki, nitq sahəsi bloklanmışdı. İndi yavaş-yavaş danışır, fikrini bildirir. O, həmişə insanların içində olub, hər kəsə çalışdığı qədər kömək etməyə çalışıb, daim mətbuata açıq adam olub. İndi bu durum ona bir az pis təsir edir. Nevropotoloq ondan soruşub ki, nə üçün depressiyaya düşürsünüz?
O da deyib ki, artıq mən özümü lazımsız hiss edirəm, insanlara dəstək ola bilmirəm. Ona görə ofisə gətirirəm ki, insanlarla birgə ünsiyyətdə olsun, nə isə desin, danışsın. Bu insan hər cəhətdən məsuliyyətli insandır. Ona görə də indiki durumda özünü bu cür depresiyyada hiss edir. Müalicısi davam edir, nəzarətdə saxlayırıq”.
Qeyd edək ki, ötən ilin avqustunda tanınmış vəkil Əsabəli Mustafayevin səhhətində problemlər yaranıb. Sumqayıt 2 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən vəkilə üçüncü dəfə insult diaqnozu qoyulub.
Naibə Məmmədova, Bizim.Media





























































































