Cəlilabadda tanınmış xanəndə ailəsi ilə birgə QƏZAYA DÜŞDÜ

Cəlilabadda tanınmış xanəndə ailəsi ilə birgə QƏZAYA DÜŞDÜ

Hazırda oxunan: Cəlilabadda tanınmış xanəndə ailəsi ilə birgə QƏZAYA DÜŞDÜ

587003

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Albalıq kəndi ərazisində “Chevrolet Niva” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Bizim.Media xəbər verir ki, qəza zamanı “VAZ-2107” markalı avtomobildə iki nəfər olub. Onlardan biri ağır bədən xəsarətləri alıb. Yaralılar sürücünün əmisi tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilib.

Məlumata görə, “Chevrolet Niva” markalı avtomobil Cəlilabad rayonunun Saatlı kənd sakini, tanınmış xanəndə Füzuli Salmanova məxsus olub. Hadisə zamanı avtomobildə onun ailə üzvləri və azyaşlı övladı da olub.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO