Bu ixtisas üzrə təhsil alanlar üçün hərbi xidmət müddəti qısaldıla bilər – YENİ TƏKLİF

Bu ixtisas üzrə təhsil alanlar üçün hərbi xidmət müddəti qısaldıla bilər – YENİ TƏKLİF

Hazırda oxunan: Bu ixtisas üzrə təhsil alanlar üçün hərbi xidmət müddəti qısaldıla bilər – YENİ TƏKLİF

586997

“Biz qardaş Türkiyədə, Cənubi Koreyada, İsraildə uzun illərdən bəri tətbiq olunan yeni yanaşmanı həkimlər üçün də tətbiq etsək bu, beynəlxalq təcrübəyə daha uyğun olacaq. Bu ölkələrdə həkimlərin hərbi xidməti qısa müddətli, maaşlı və ixtisaslarına uyğun şəkildə təşkil olunub. Bizdə də bu dəyişikliklərlə klassik çağırış modelindən peşəkar və effektiv xidmət modelinə keçid edə bilərik. Bu qanunvericilikdə də öz əksini tapmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu deputat Rəşad Mahmudov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, burada məqsəd kiməsə güzəşt etmək və ya hansısa sosial qrupa üstünlük vermək deyil:

“Məqsəd dövlətin ehtiyaclarını daha ağıllı şəkildə qarşılamaqdır. Ordu real tibbi xidmət qazanacaq. Dövlət isə yüksək ixtisaslı kadrını itirmədən, eyni zamanda könüllülük və motivasiya prinsiplərini gücləndirmiş olacaq.

Statistika göstərir ki, tibb fakültəsini bitirən həkimlərin xarici ölkələrə getməsinin əsas səbəblərindən biri öz peşəkar fəaliyyətlərini itirməməkdir. Statistikada onların çox az hissəsinin əsgərliyə getdiyinin, böyük əksəriyyətinin isə xarici ölkələrdə təhsilini davam etdirdiyi yer alıb.

Düşünürəm ki, gələcəkdə bu məsələnin aidiyyəti qurumlar qarşısında ciddi şəkildə müzakirə olunmasına ehtiyac var. Hesab edirəm ki, təklif olunan dəyişikliklər həm milli təhlükəsizlik maraqlarına, həm səhiyyə sistemimizin davamlılığına, həm də müasir dövlət idarəçiliyi prinsiplərinə tam cavab verəcək”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO