Hakimlərin xidməti vəsiqəsinin nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq ediləcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə görə, hakimə nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilən xidməti vəsiqə veriləcək. Xidməti vəsiqə Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim ediləcək. Hakimin xidməti vəsiqəsi onun statusunu və vəzifəsini təsdiq edən sənəd hesab ediləcək.
Hakim səlahiyyət müddəti ərzində xidməti vəsiqədən istifadə edəcək. Hakimin soyadı, adı, atasının adı, vəzifəsi dəyişdikdə və ya xidməti vəsiqənin etibarlılıq müddəti qurtardıqda, habelə xidməti vəsiqə itirildikdə və ya yararsız hala düşdükdə ona yeni xidməti vəsiqə veriləcək.
Hakimin səlahiyyətlərinə xitam verildikdə xidməti vəsiqə Məhkəmə-Hüquq Şurasına qaytarılacaq.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, hakimlərə onların statusunu təsdiq edən xidməti vəsiqələrinin nümunələri Milli Məclis tərəfindən müəyyən edilir.
Həmçinin, “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişikliyə görə, Məhkəmə-Hüquq Şurası hakimin xidməti vəsiqəsinin nümunəsini təsdiq edəcək.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:31 / 23.12.2025
Hakimlərlə bağlı YENİ QAYDA
Hazırda oxunan: Hakimlərlə bağlı YENİ QAYDA
Hazırda oxunan: Hakimlərlə bağlı YENİ QAYDA
586989
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































